Bakıda qadın xarici vətəndaşların kirayə yaşadığı evdə cinayət törətdi
Bizi izləyin

Kriminal

Bakıda qadın xarici vətəndaşların kirayə yaşadığı evdə cinayət törətdi

Bakıda xarici vətəndaşlara qarşı oğurluq etmiş qadın tutulub.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Səbail RPİ-nin 41-ci Polis Bölməsinə müraciət edən 2 xarici vətəndaş mayın 26-da Badamdar qəsəbəsində kirayədə yaşadıqları evdən onlara məxsus 2 ədəd mobil telefonun və 2000 ABŞ dollarının oğurlandığını bildiriblər.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

Bakı Şəhər Baş Polis İdarəsi və 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Oğuz rayon sakini Ş.Əmirova qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm