• USD 1,7000 0,00% EUR 2,0331 0,00%
    • GBP 2,3391 0,00% RUB 0,0222 0,00%

Polisə müqavimət göstərən şəxs zərərsizləşdirildi - YEVLAXDA

  • Kriminal
  • 31 May 2019 11:46
  • 722 Baxış
Polisə müqavimət göstərən şəxs zərərsizləşdirildi - YEVLAXDA

Yevlax Rayon Polis Şöbəsinə Bəydili kəndi ərazisində kultivasiya yolu ilə çətənə kollarının yetişdirilməsi barədə əməliyyat məlumatı daxil olub.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 30-da həmin ərazi polis əməkdaşları tərəfindən müşahidəyə götürülüb. Həmin gün gecə saat 1 radələrində çətənə kollarına qulluq göstərmək üçün qeyd edilən əraziyə gəlmiş Əcəmi kənd sakini Cəmil Qurbanov saxlanılarkən polis əməkdaşlarına bıçaqla müqavimət göstərib.

Lakin polis əməkdaşlarının adekvat tədbirləri nəticəsində o, zərərsizləşdirilərək tutulub. Polis əməkdaşları tərəfindən həmin ərazidən C.Qurbanov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 92 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR