Kriminal
Azərbaycanda qadının da üzv olduğu narkoşəbəkə aşkarlandı - FOTOLAR

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəbəkənin üzvləri saxlanılıblar.
Publika.az Daxili İşlər Nazirliyinin mətbaut xidmətinə istinadən xəbər verir ki, Abşeron rayonunda keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Vüqar Əliyev tutulub. Onun üzərinə baxış zamanı 1,067 qram, yaşadığı evdən isə 0,613 heroin aşkar edilərək götürülüb. V.Əliyev istintaq verdiyi ifadəsində narkotik vasitəni Fəridə adlı şəxsdən aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq Bakı şəhər sakini Fəridə Qasımzadə də tutularaq istintaqa təqdim olunub. Onun üzərində şəxsi axtarış aparılan zaman 4,571 qram aşkar edilib.
Baş İdarə əməkdaşları narkotik vasitələrinin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirlərini daha da genişləndirərək F.Qasımzadəyə heroini satan Xırdalan şəhər sakini Elnur Kazımovu və həmyerlisi Ramil İsbəndiyarovu da saxlamağa nail olublar. E.Kazımovun üzərindən 1, 467, R. İsbəndiyarovdan isə 100,947 qram heroin aşkar edilib. Əməliyyat tədirlərinin davamı olaraq R.İsbəndiyarovun yaşadığı evə baxış zamanı əlavə 398,499 qram heroin, 52,454 qram metamfetamin, həmçinin 1 ədəd idman tapançası, 1 ədəd beşbarmaq və 1 ədəd dəyənək götürülüb.
Faktla bağlı dəstə üazvləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.









-
Nida Xəbər 17:56
Tural Sadıqlının ölümlə hədələdiyi həyat yoldaşı Almaniya səfirinə müraciət etdi - FOTO
-
Dünya16:42
Rusiya və ABŞ bu məsələdə razılaşdı - TƏCİLİ
-
Magazin116:36
Tolik Röyadan yazdı: “Çuşka yığını...” - VİDEO
-
İKT16:18
Fırıldaqçıların tələsinə düşməmək üçün telefondan bu proqramları silin!
-
Rəsmi xronika16:01
İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış oldu - YENİLƏNDİ
-
Nida Xəbər 15:36
Akif Qurbanov “Toplum TV”nin fəaliyyətinə birbaşa rəhbərlik edib
-
Dünya14:36
"Uşaq masası": Ukrayna danışıqlarında Avropanın yeri - Almaniyadan ŞƏRH
-
İdman12:26
DÇ-2022-nin ən seksual azarkeşi indi də bu şəhəri fəth edir - FOTOLAR