Kriminal
Bakıda evli kişi sevgilisi ilə birgə özünü öldürdü – FİLM KİMİ HADİSƏ - FOTO
Bakıda itkin düşən şəxslərin meyiti tapılıb.
Publika.az xəbər verir ki, bir neçə gün əvvəl itkin düşən Abbasov Vasif Əliyəddin oğlu və Əliyeva Aygün Hüseynağa qızının meyiti Yasamal rayonu Kənar dairəvi yolunda dərəyə aşmış avtomobildə aşkarlanıb. Hər iki şəxsin meyiti Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən dərəyə yuvarlanmış avtomobildən çıxarılaraq təhvil verilib.
İlkin araşdırmalar zamanı məlum olub ki, 2 uşaq atası olan Vasif Abbasov sevgi münasibətində olduğu Aygünü avtomobildə bıçaqlayıb, daha sonra isə o, maşını magistral yoldan dərəyə aşıraraq intihar edib. Hər iki şəxs hadisə yerində keçinib.
V.Abbasovun anası deyib ki, taksi sürücüsü kimi fəaliyyət göstərən oğlu iyunun 1-də ona zəng edərək Aygünü bıçaqladığını, Yasamal yolunun kənarında olduğunu bildirib. Rüstəm adlı şəxsin anasını həmin əraziyə gətirməsini xahiş edib.
Məlum olub ki, Vasif avtomobili icarəyə götürübmüş. O, son olaraq Yasamal ərazisində Kənar Dairəvi yolda qüllənin yaxınlığında kameralara düşüb.
Muxtar
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR