Azərbaycanda maskalı şəxslər pəncərədən evə basqın etdilər - Gecə saat 1-də
Bizi izləyin

Kriminal

Azərbaycanda maskalı şəxslər pəncərədən evə basqın etdilər - Gecə saat 1-də

Lənkəranda quldurluq hadisəsi baş verib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, polisə müraciət edən Lüvəsər kənd sakini T.Cəfərov mayın 27-də saat 1 radələrində yaşadığı evə pəncərədən girmiş 3 maskalı şəxsin oradan oğurluğa cəhd göstərməsini bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Talışlı kənd sakini H.Əlizadə, Haftonu qəsəbə sakinləri O.Əliyev və E.Ağayev polis əməkdaşları tərəfindən saxlanılıblar. Onlardan maska, əlcək, bıçaq və kəlbətin götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm