4 nəfərin ölümünə səbəb olan “avtoş” həbs edildi
Bizi izləyin

Kriminal

4 nəfərin ölümünə səbəb olan “avtoş” həbs edildi

3 gün əvvəl İstanbulun əsas yollarından olan TEM magistralında dəhşətli yol qəzası törədərək qaçan avtoxuliqan həbs edilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, tuneldə olarkən digər avtomobillərin arası ilə yüksək sürətlə hərəkət edən və kiçik mikroavtobusa toxunaraq onun aşmasına səbəb olan Yusuf A. adlı şəxs şəhərdən qaçsa da yaxalanıb. Onunla birgə avtomobildə olan digər şəxslər də müəyyənləşdirilərək istintaqa cəlb edilibş

Məlumata görə, gecə saat 02 radələrində magistralm yolda yüksək sürətlə avtoxuliqanlıq etmiş şəxslər məhkəmə qarşısına çıxarılacaq.

Qeyd edək ki, məlum hadisə zamanı yoldan çıxaraq aşan mikroavtobusda Seyhan Özçelik və 3 azyaşlı övladı həlak olub. Daha 10 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm