Bakıda DƏHŞƏT: Qətlə yetirilmiş 2 nəfərin meyiti tapıldı
Bizi izləyin

Kriminal

Bakıda DƏHŞƏT: Qətlə yetirilmiş 2 nəfərin meyiti tapıldı

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş qətl hadisələri ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 9-da Binəqədi qəsəbəsində yaşayan 66 yaşlı Vidadi Rəcəbovun bıçaqla qətlə yetirilmiş meyitinin tapılması barədə daxil olmuş məlumatla əlaqədar Binəqədi rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində qətli törətməkdə şübhəli bilinən V.Rəcəbovun qonşusu, 64 yaşlı İ.Mürsəlov saxlanılıb.

Bundan başqa iyunun 7-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində Bakı şəhər sakini, 33 yaşlı Ədalət Əliyevin üzərində zorakılıq əlamətləri olan meyitinin “Mercedes” markalı avtomobilində tapılması barədə DİN-in "102 - Zəng Mərkəzi" Xidmətinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Cəfərzadə, A.Mustafayev və A.Ağabalayev saxlanılıblar.

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm