Keçmiş bələdiyyə sədrini güllələyib öldürdülər - FOTO
Bizi izləyin

Kriminal

Keçmiş bələdiyyə sədrini güllələyib öldürdülər - FOTO

Türkiyənin Aksaray vilayətində silahlı insident olub.

Publika.az “Sözcü”yə istinadən xəbər verir ki, ötən gecə Aksarayın Güzelyurt qəsəbəsində Milliyətçi Hərəkat Partiyasının üzvü, keçmiş bələdiyyə sədri Mehmet Bezgen ilə düşmənçilik edən Ramazan Yasav və Kərim Yasav arasında mübahisə olub. Mübahisəyə sonrasan daxil olan İsa Yasav özü ilə gətirdiyi tüfənglə 51 yaşlı Mehmet Bezgen və onun qardaşı oğluna doğru atəş açıb. Nəticədə ağır xəsarət alan M.Bezgen xəstəxanaya aparılarkən ölüb. Hadisə vaxtı daha 3 nəfər xəsarət alıb. Onların vəziyyəti normaldır.

Qeyd edək ki, qətlə yetirilən şəxs hazırda bələdiyyənin məclis üzvlərindən biri kimi fəaliyyət göstərirdi.

Hadisəni törədən şəxs artıq tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm