Bakıda qadının əl-ayağını bağlayıb quldurluq edən şəxs tutuldu
Bizi izləyin

Kriminal

Bakıda qadının əl-ayağını bağlayıb quldurluq edən şəxs tutuldu

Bakıda quldurluqda şübhəli bilinən şəxslərdən biri tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də rayon ərazisindəki evlərdən birinə aldatma yolu ilə girib ev sahibəsinin ağzını, əl və ayaqlarını yapışqanlı lentlə bağlayaraq oradan 800 manat və mobil telefonu quldurluq yolu ilə aparmaqda şübhəli bilinən qrupun digər üzvü - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Pirəliyev saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm