• USD 1,7000 0,00% EUR 1,8859 +0,07%
    • GBP 2,0660 +0,19% RUB 0,0256 +0,78%

Bakıda yeznəsini öldürən “Hozu” təslim oldu

  • Kriminal
  • 18 İyun 2019 14:50
  • 618 Baxış
Bakıda yeznəsini öldürən “Hozu” təslim oldu

Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu rayonunda törədilmiş qətllə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 14-də saat 1 radələrində Bakıxanov qəsəbəsi ərazisindən Şərur rayon sakini, 47 yaşlı Ramiz Məmmədovun qırma yarası ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Sabunçu RPİ 12-ci Polis Şöbəsinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə ağır cinayətin R.Məmmədovun qaynı, Siyəzən rayon sakini R.Şirinov tərəfindən törədilməsi müəyyən edilib.

Əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən R.Şirinov könüllü olaraq 12-ci Polis Şöbəsinə gələrək istintaqa təslim olmuş və cinayəti törədərkən istifadə etdiyi “Vinçester” markalı tüfəngi təhvil verib.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisəni törədən şəxs "Hozu" ləqəbi ilə tanınıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR