Bakıda evə basqın – pul və 5 qol saatı apardı
Bizi izləyin

Kriminal

Bakıda evə basqın – pul və 5 qol saatı apardı

Bakıda soyğunçuluqda şübhəli bilinən şəxs tutulub.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Əsgərov iyunun 15-də saat 23 radələrində evinə gəlmiş naməlum şəxsin onun 600 manat pulunu və 5 ədəd qol saatını açıq talama yolu ilə apardığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmış və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini N.Əzizov 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, maddi sübutlar ondan götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm