• USD 1,7000 0,00% EUR 1,8816 0,00%
    • GBP 2,0788 0,00% RUB 0,0259 0,00%

Əmi qardaşı oğlunu güllələdi - Şəmkirdə

  • Kriminal
  • 4 İyul 2019 12:20
  • 689 Baxış
Əmi qardaşı oğlunu güllələdi - Şəmkirdə

“102–Zəng Mərkəzi” Xidmətinə iyulun 3-də Şəmkir rayonunun Qarabağlılar kəndi ərazisində bir nəfərin odlu silahla açılmış atəşdən xəsarət alması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəliblər.

Araşdırmalarla kəndin əkin sahəsində E.Məmmədovun münaqişə zəminində tüfəngdən atəş açaraq qardaşı R.Məmmədovun qol nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib.

E.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb, müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi ondan götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR