Türkiyədə azərbaycanlı qadın evində güllələndi - - FOTO
Bizi izləyin

Kriminal

Türkiyədə azərbaycanlı qadın evində güllələndi - - FOTO

Türkiyənin Amasiya şəhərinin Gümüşhacıköy rayonunda 60 yaşlı Gürcüstan vətəndaşı yaşadığı evdə ölü tapılıb.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Həmin şəxsin 60 yaşlı Afət Məmmədli olduğu müəyyən olunub.

Qonşular A.Məmmədlinin evində atəş səsləri eşidildiyi barədə polisə xəbər veriblər. A.Məmmədlinin yaşadığı evə gələn təcili tibbi yardım maşını və polis əməkdaşları onun silahla qətlə yetirildiyini müəyyən ediblər.

Qadının evində iki güllə gilizi tapılıb.

Qətli törədən şəxs və ya şəxslərin axtarışları istiqamətində tədbirlər həyata keçirilir. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm