Göygöldə DƏHŞƏT - 2 nəfər boğulub öldü - YENİLƏNDİ
Bizi izləyin

Kriminal

Göygöldə DƏHŞƏT - 2 nəfər boğulub öldü - YENİLƏNDİ

Göygöldə Gəncəçay çayında batan hər iki şəxsin meyiti tapılıb.

Axtarışlar nəticəsində 2007-ci il təvəllüdlü Rüzgar Rizayevin də meyiti tapılıb. Hər iki meyit tibbi ekspertizaya aparılıb.

Qeyd edək ki, çayda batan yeniyetmələr 2004-cü il təvəllüdlü Akif Arzu oğlu Səfərov və 2007-ci il təvəllüdlü Rzayev Rüzgar Famil oğlu Gəncə şəhər sakinləridir və həmin yerə çimmək üçün gediblər. Lakin suvarma kanalında çimərkən batıblar.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.(Report)

****

14:11

Göygöldə 2 nəfər göldə boğulub.

Publika.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Platina adlanan ərazidə qeydə alınıb.

Bunlar rayon sakinləri 15 yaşlı Rzayev Ruzigar və 22 yaşlı Səfərov Elgündür.

Onları meyitləri göldən çıxarılaraq aidiyyatı orqanları təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm