• USD 1,7000 0,00% EUR 1,9069 -0,38%
    • GBP 2,1256 -0,28% RUB 0,0270 -0,37%

Azərbaycanda kriminal avtoritet və oğlu tutuldu - ƏMƏLİYYAT - FOTOLAR

  • Kriminal
  • 7 İyul 2019 16:32
  • 2 240 Baxış
Azərbaycanda kriminal avtoritet və oğlu tutuldu - ƏMƏLİYYAT - FOTOLAR

Cəlilabadda polis ədavətin qanla bitməsinin qarşısını alıb.

Publika.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Cəlilabad şəhər sakini Ş.Mahmudov DİN-in 102 xidmətinə müraciət edərək Elçin adlı şəxs tərəfindən ölümlə hədələndiyini, həmin şəxsin oğlu tərəfindən isə ona xəsarət yetirildiyini bildirib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Cəlilabad şəhər sakini əvvəllər məhkum olunmuş, cinayətkar aləmlə əlaqəli olan və “Məşədi Elçin” kimi tanınan Elçin Muradov, oğlu Nicat Muradlı və qaynı Çingiz Rüstəmov aralarında xeyli vaxt əvvəlldən olan ədavətlə bağlı bıçaq və yumruq zərbələri ilə Ş.Mahmudova xəsarət yetiriblər. E.Muradov və oğlu N.Muradlı Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Bundan əlavə şübhəli şəxs qismində saxlanılan E.Muradovun yaşadığı evdə odlu silah saxlaması ilə bağlı məlumat daxil olduğundan həmin evə baxış keçirilib və dolabın içərisindən bir ədəd “Makarov” markalı tapança, həmin tapançaya aid bir ədəd sandıqça və beş ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR