Azərbaycanda ər arvadını bıçaqladı - DƏHŞƏTLİ SƏBƏB
Bizi izləyin

Kriminal

Azərbaycanda ər arvadını bıçaqladı - DƏHŞƏTLİ SƏBƏB

Astara rayonunda bıçaqlanma hadisəsi baş verib.

Publika.az bildirir ki, bu barədə "Report"un Cənub Mərkəzi məlumat verib.

Hadisə Kolatan kəndində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Quliyev Ramin Cəfər oğlu ailə-məişət zəminində həyat yoldaşı 1983-cü il təvəllüdlü Quliyeva Elazə Şirməmməd qızını döş qəfəsinə beş dəfə bıçaq zərbəsi endirib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan E.Quliyeva reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm