Azərbaycanda ŞOK OLAY: evə basqın edildi, ölən və yaralanan var
Bizi izləyin

Kriminal

Azərbaycanda ŞOK OLAY: evə basqın edildi, ölən və yaralanan var

Bakıda naməlum şəxslər evə basqın ediblər.

Publika.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində baş verib.

İki nəfər naməlum şəxs 1979-cu il təvəllüdlü Araz Sofiyev və həyat yoldaşı Rəna Sofiyevanın yaşadıqları evə hücum edib.

Həmin şəxslər ev sahiblərinə bıçaqla xəsarət yetiriblər. Nəticədə A.Sofiyev aldığı xəsarətlərdən dünyasını dəyişib.

Naməlum şəxslər evdən 5000 ABŞ dolları aparıblar.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxslərin tapılması istiqamətində axtarış-əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm