Bakıda dəhşətli hadisə - Qadının meyiti quyudan çıxarıldı
Bizi izləyin

Kriminal

Bakıda dəhşətli hadisə - Qadının meyiti quyudan çıxarıldı

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin su quyusuna düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Publika.az nazirliyə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1958-ci il təvəllüdlü İsmayılova Tahirə Müzəffər qızının meyitini su quyusundan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm