Bakıda avtomobildən 850 manat pul, bahalı əşyalar oğurlandı
Bizi izləyin

Kriminal

Bakıda avtomobildən 850 manat pul, bahalı əşyalar oğurlandı

Bakıda avtomobildən oğurluq etmiş şəxs tutulub.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 3-də rayon ərazisindəki avtomobillərin birindən 850 manat, noutbuk, sənəd və açarlar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Bağırov saxlanılıb.

Ondan 1 ədəd 100 manatlıq saxta əskinas, 1 ədəd bıçaq və 1,780 qran heroin aşkar edilərək götürülüb.

Araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm