Gürcüstanda Azərbaycan və İran vətəndaşları həbs edildi
Bizi izləyin

Kriminal

Gürcüstanda Azərbaycan və İran vətəndaşları həbs edildi

Gürcüstanın Rustavi şəhərində Azərbaycan vətəndaşı saxlanılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılan 1974-cü il təvəllüdlü R.N. adlı şəxsdən 700 qram narkotik vasitə müsadirə olunub.

Narkotik vasitələrə görə Tbilisi və Rustavidə iki İran vətəndaşı da saxlanılıb. Saxlanılan 1995 və 1973-cü il təvəllüdlü şəxslərin hər birindən yarım kilo həcmdə heroin aşkar olunub.

Saxlanılan şəxsləri 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm