Kriminal
Bakıda 3 nəfəri bıçaqlayıb xəstəxanalıq etdilər
Bakıda bıçaqlanma hadisələri qeydə alınıb.
Publika.az xəbər verir ki, iyulun 20-də saat 1 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisindən qəsəbə sakini S.Məmmədov xəsarətlə xəstəxanaya gətirilib.
15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən həmin qəsəbənin sakini R.Sadiyev saxlanılıb.
Oxşar hadisə iyulun 20-də Nərimanov rayonunun Təbriz küçəsində də baş verib. Bakı şəhər sakini S.Əzizov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Kazımov saxlanılıb.
Bundan başqa iyulun 20-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində Əmircan qəsəbə sakini E.Səlimov həmyerlisi olan tanışı R.Seyidova bıçaqla yüngül xəsarət yetirib “VAZ-2107” markalı avtomobilini ondan alıb qeyd edilən nəqliyyat vasitəsində hadisə yerini tərk edib.
32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Səlimov saxlanılıb və avtomobil sahibinə qaytarılıb.
Hər bir faktla bağlı araşdırma aparılır.
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama