İran-Azərbaycan sərhədində ƏMƏLİYYAT - Qaçarkən tutuldular
Bizi izləyin

Kriminal

İran-Azərbaycan sərhədində ƏMƏLİYYAT - Qaçarkən tutuldular

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən nar­kotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində keçirilmiş sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində 18 kq 870 qram narkotik vasitə və 45 həb psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Publika.az DSX-nə istinadən xəbər verir ki, 22 iyul 2019-cu il tarixdə Füzuli rayonu Böyük-Bəhmənli kəndi yaxın­lığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qaçaqmalçılar tərə­findən dövlət sərhədindən nar­kotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Nəticədə sərhəd pozucuları polietilen paketlərdə ümumi çəkisi 13 kq 670 qram olan heroin, tiryək və marixuana növündə narkotik vasitəni, həm­çinin 45 həb psixotrop maddəni hadisə yerində ataraq geriyə qaçıblar.

22 iyul 2019-cu il tarixdə Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Lənkəran rayonu Şahağacı kəndi yaxınlığında yerləşən sahil nəzarət bölmə­si­nin xidməti sahəsində 2 nəfər naməlum şəxsin sahil xətti yaxınlığında hə­rə­­kətləri diqqəti cəlb edib, onlara yaxınlaşarkən qaçmağa cəhd göstərmə­lə­rinə baxmayaraq sərhəd naryadı tərəfindən saxlanılıblar. Onların əşya­larına baxış keçirimiş, içərisində ümumi çəkisi 5 kq 200 qram heroin və tiryək növündə narkotik vasitə olan bağlama aşkar olunub.

Saxlanılmış şəxs­lərin şəxsiyyəti dəqiqləşdirilib, Lənkəran rayon sakinləri 1965-ci il təvəllüdlü Hüseynov Arzuman Adil oğlu və 1973-cü il təvəllüdlü Əsgərov Mürsəl Nail oğlu olmaları müəyyənləşdirilib.

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm