Azyaşlı oğlanla ailəli qadını intim əlaqədə olarkən tutdu... - Azərbaycanda RÜSVAYÇI HADİSƏ
Bizi izləyin

Kriminal

Azyaşlı oğlanla ailəli qadını intim əlaqədə olarkən tutdu... - Azərbaycanda RÜSVAYÇI HADİSƏ

Bakıda qadını intim fotoları ilə şantaj etməkdə təqsirli bilinən Cəlilabad rayon sakini, 1992-ci il təvəllüdlü Murad Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Murad Xəlilov tanışı Səbinə Əliyevanın (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) özündən yaşca balaca olan şəxsiyyəti istintaqa tam məlum olmayan şəxslə yaxın sevgi münasibəti saxlamasını öyrənib.

İntim fotoları ilə şantaj etdi

Murad Xəlilov eləcə də, Səbinə Əliyevanın həmin şəxslə birlikdə alt paltarında çəkilmiş fotoşəkillərini əldə edib. O, həmin fotoları Səbinə Əliyevanın həyat yoldaşına, oğluna və yaxın qohumlarına mobil telefonun "Watstap" proqramı vasitəsilə göndərəcəyini bildirib.

Onun barəsində rüsvayedici məlumatlar yayacağı hədələyib, bu yolla Səbinə Əliyevadan 15.000 manat tələb edib.

Şantajçı cinayət başında yaxalandı

Səbinə Əliyeva şantaj olunması ilə bağlı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib. Onun müraciəti əsasında idarə əməkdaşları tərəfindən 27 mart 2018-ci il tarixdə, saat 14 radələrində Suraxanı rayonunda əməliyyat keçirilib.

Əməliyyat zamanı Murad Xəlilov rayonun Abbas Fətullayev küçəsində yerləşən 24 saylı xəstəxana və 31 saylı poliklinikanın binasının qarşısında olan sahədə Səbinə Əliyevadan 10.000 manat alarkən həbs edilib.

Murad Xəlilovda qeyd olunan pul, həmçinin fotoşəkillərin olduğu yaddaş kartı aşkar edilərək götürülüb.

“Məndən polisə şikayət edib”

İstintaq orqanı tərəfindən Murad Xəlilovun barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Murad Xəlilov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Murad Xəlilov qeyd edib ki, zərərçəkmiş Səbinə Əliyevanı şantaj etməyib: “Səbinənin mənə borcu olub. Mən də ondan pulumu qaytarmasını tələb etmişəm. Amma o, mənim pulumu qaytarmayıb. Əvəzində isə məndən polisə şikayət edib”.

“Kirayə pulunu 2 ay ödəmişəm”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səbinə Əliyeva isə onun dediklərinin əksini danışıb. O, təqsirləndirilən şəxs tərəfindən şantaj olunduğunu söyləyib.

Səbinə Əliyeva bildirib ki, kirayədə qalan Murad Xəlilovun dolanışıq xərclərini özü çəkib: “Rayondan gəlmişdi, işi-gücü yox idi. Kirayə pulunu 2 ay mən ödəmişəm. Hər ay yemək pulu üçün 100 manat vermişəm. Axırda da məni şantaj etməyə başladı”.

3 il cəza

Səbinə Əliyeva ifadəsində Murad Xəlilovun şantajlrından bezərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət etdiyini, onun əməlindən şikayətçi olduğunu söyləyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Murad Xəlilov 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə hökm edilib.

Apelyasiya və kasasiya şikayətləri təmin edilmədi

Hökmdən narazı qalan Murad Xəlilov apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb. Məhkəmənin qərarı ilə Murad Xəlilovun apelyasiya şikayəti təmin olunmayıb.

Bundan sonra Murad Xəlilov kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, Murad Xəlilovun kasasiya şikayəti də təmin olunmayıb.

İlkin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm