Bakıda dəhşət yaşandı – 4 dost futbol oynayandan sonra öldü – ADLAR
Bizi izləyin

Kriminal

Bakıda dəhşət yaşandı – 4 dost futbol oynayandan sonra öldü – ADLAR

Dünən Xəzər dənizinin Bakı Şəhər Sabunçu rayonu Kürdəxanı qəsəbəsi sahilində 4 nəfər boğularaq ölüb.

Publika.az xəbər verir ki, sahildə futbol oynayan 8 gənc daha sonra çimmək üçün dənizə giriblər. Bu zaman dənizdə baş verən burulğan gəncləri sahildən uzaqlaşdırmağa başlayıb. 8 gəncdən 4-ü xilas edilsə də 1992-ci il təvəllüdlü Əli Cavadov, 1991-ci il təvəllüdlü Murad Əzizov, 1991-ci il təvəllüdlü Kamran Hacıquliyev və Bəlopba Babayev dənizdə boğularaq ölüb. Onlardan ikisinin meyiti tapılaraq ailələrinə təhvil verilib. Kamran və Muradın axtarışı isə davam etdirilir.

Dəhşətli hadisədə ölənlər dost olublar və hamısı Kürdəxanı sakinləridir.

Nizam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm