Bakıda faciəvi şəkildə ölən 4 dostla bağlı DƏHŞƏTLİ FAKTLAR
Bizi izləyin

Kriminal

Bakıda faciəvi şəkildə ölən 4 dostla bağlı DƏHŞƏTLİ FAKTLAR

Dünən Xəzər dənizinin Bakı Şəhər Sabunçu rayonu Kürdəxanı qəsəbəsi sahilində boğularaq ölən 4 nəfərlə bağlı dəhşətli məqamlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, burulğana düşərək dənizdə batan gənclərdən 1992-ci il təvəllüdlü Əli Cavadov və 1991-ci il təvəllüdlü Murad Əzizov ailəli olub. Onların ikisinin də körpə övladları qalıb. Hadisə nəticəsində ölən 1991-ci il təvəllüdlü Kamran Hacıquliyev isə nişanlı olub və yaxın günlərdə toyu olacaqmış. Meyiti hələ tapılmayan Bəlopba Babayevə gəlincə, iyulun 26-da onun toyu olubmuş və cəmi 2 gün imiş ki, ailə həyatı qurubmuş.

Qeyd edək ki, Kürdəxanı sakini olan 8 dost dünən dəniz sahilində xeyli futbol oynayıblar. Dostlar yekunda dənizə giriblər və bu zaman burulğana düşüblər. Sahildən uzaqlaşamağ başlayan gənclərdən 4-nü ölümün pəncəsindən xilas etmək mümkün olsa da, digər 4 nəfər batıb. Onlardan ikisinin meyiti sudan çıxarılıb. Kamran və Muradın axtarışı isə davam etdirilir.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

Nizam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm