Arvadını izlədi, başqa kişi ilə yataqda tutdu - Azərbaycanda daha bir XƏYANƏT CİNAYƏTİ
Bizi izləyin

Kriminal

Arvadını izlədi, başqa kişi ilə yataqda tutdu - Azərbaycanda daha bir XƏYANƏT CİNAYƏTİ

Şirvan şəhərində xuliqanlıqda ittiham olunan 1978-ci il təvəllüdlü Əli Məmmədovun (cinayət işində şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 22 noyabr 2017-ci il tarixdə Yaqub Vəliyev Şirvan şəhərində evlərdən birində Əli Məmmədovun arvadı Səbinə Məmmədova ilə intim əlaqədə olub. Onların intim əlaqədə olmalarını Əli Məmmədov izləyərək tutub.

Səbinə Məmmədovala birgə ələ keçən Yaqub Vəliyev ifşa olunduğunu görüb və özünü haqlı tərəf kimi göstərməyə çalışıb. Qadının əriylə əlbəyaxa olarkən evin küçəyə açılan darvazasına tərəf çıxıb.

Səsə yığışan adamların yanında Əli Məmmədov uca səslə Yaqub Vəliyevin ünvanına nalayiq ifadələr işlədib səs-küy salıb. Daha sonra Yaqub Vəliyevə fiziki zor tətbiq edib, ona xəsarətlər yetirib.

Bununla kifayətlənməyən Əli Məmmədov Yaqub Vəliyevin çağırışı ilə hadisə yerinə gələn Şirvan şəhər polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, həmçinin post-patrul xidməti bölüyünün iki polis nəfərinə hücum edib. Polis əməkdaşlarını da söyüb, onlara fiziki güc nümayiş etdirib.

Daha sonra yerdən götürdüyü daşla yaxın gələn polislərə xəsarət yetirəcəyini deyib. Hətta daşı polislərdən birinə tərəf də atıb.

İstintaq orqanı tərəfindən Əli Məmmədovun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə) maddələri ilə ittiham elan edilib.

Şirvan şəhər Məhkəməsinin hökmü ilə Əli Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Əli Məmmədov apelyasiya şikayəti verib. O, hər iki maddə ilə özünü təqsirli bilməyib və günahsız olduğunu qeyd edib, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Əli Məmmədovun şikayəti Şirvan Apelyasiya Məhkəməsində araşdırılıb və qismən təmin edilib. Onun cəzası 4 il 6 aya endirilib.

Bu qərardan narazı qalan Əli Məmmədov kasasiya şikayəti verib, şikayətində Şirvan Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilməsini istəyib.

Əli Məmmədovun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb.

Qərara görə, kasasiya şikayəti təmin olunmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm