Azərbaycanda şadlıq evində kütləvi dava - 2 NƏFƏR BIÇAQLANDI
Bizi izləyin

Kriminal

Azərbaycanda şadlıq evində kütləvi dava - 2 NƏFƏR BIÇAQLANDI

Cəlilabad rayonunda toyda kütləvi dava olub.

"Report"un məlumatına görə, hadisə rayonun Göytəpə şəhərindəki "Yamal" şadlıq sarayında olub.

Belə ki, 10-dan çox toy iştirakçısı arasında mübahisə yaranıb. Sonda mübahisə davaya çevrilib. Kütləvi dava nəticəsində 1994-cü il təvəllüdü Emin Əşrəfov baş nahiyəsindən, 1996-cı il təvəllüdlü Anar Əsgərov isə əl nahiyəsindən bıçaqlanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm