Azərbaycanda 2 qardaşdan DƏHŞƏTLİ ƏMƏL – 1 nəfər öldürüldü, digəri isə…
Bizi izləyin

Kriminal

Azərbaycanda 2 qardaşdan DƏHŞƏTLİ ƏMƏL – 1 nəfər öldürüldü, digəri isə…

Daxili İşlər Nazirliyi Beyləqan rayonunda törədilmiş qətllə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 13-də Beyləqan rayonunun Yuxarı Kəbirli kəndi ərazisində kənd sakinləri E.Mürşüdov və onun qardaşı Şəmistan ilə S.Qasımov və M.Yusifov arasında baş vermiş münaqişə zəminində E.Mürşüdov bıçaqla S.Qasımova və M.Yusifova xəsarət yetirib.

Nəticədə S.Qasımov hadisə yerində ölüb, M.Yusifov isə xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində E.Mürşüdov və Şəmistan saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm