Bakıda toyda kütləvi dava: bıçaqlananlar var - YENİLƏNDİ
Bizi izləyin

Kriminal

Bakıda toyda kütləvi dava: bıçaqlananlar var - YENİLƏNDİ

Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində "Üzeyir" şadlıq evinin həyətində bıçaqlanma hadisəsi baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Təcili Yardıma 2 nəfərin bıçaqlanması ilə bağlı çağırış 22:47-də gəlib.

57 yaşlı kişi sağ bazunun kəsilmiş yarası, 24 yaşlı kişi üzün və döş qəfəsinin arxa hissəsinin kəsilmiş yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə aparılıblar.

***

14 avqust 23:46

Bakının Binəqədi rayonunda kütləvi dava olub.

9 mikrorayonda yerləşən "Üzeyir" şadlıq sarayında dava zamanı 4 nəfər bıçaqlanıb.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlar əməliyyat olunub (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm