Azərbaycanda yüksək vəzifəli məmurun intiharı ilə bağlı YENİ FAKTLAR - TƏFƏRRÜAT - (YENİLƏNDİ)
Bizi izləyin

Kriminal

Azərbaycanda yüksək vəzifəli məmurun intiharı ilə bağlı YENİ FAKTLAR - TƏFƏRRÜAT - (YENİLƏNDİ)

Zaqatala Rayon Məşğulluq Mərkəzinin direktoru 39 yaşlı Musa Feyzullayevin intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, ilkin araşdırmalar nəticəsində məlum olub ki, əslən Qax rayonundan olan M.Feyzullayev dünən gecə saatlarında Qax şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən ata evinin həyətində özünü öldürüb.

Özünü asan mərkəz direktorunun meyitini anası aşkarlayıb. Hadisə vaxtı M.Feyzullayevin atası və bacısı da evdə olub.

Ailəli olan M.Feyzullayevin konkret hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

Faktla bağlı Qax rayon Prokurorluğunda cinayət işi açılıb.

Qeyd edək ki, iş yerində və cəmiyyətdə M.Feyzullayev müsbət xarakterli, sakit təbiətli şəxs kimi tanınıb.

Araşdırmalar davam etdirilir.

*****

09:20

Qaxda intihar hadisəsi baş verib.

Publika.az Qafqazinfo-ya istinadən xəbər verir ki, şəhərin C.Cabbarlı küçəsində yaşayan Feyzullayev Musa Feyzulla oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Onun meyitini anası səhər saatlarında aşkarlayıb.

Qeyd edək ki, M. Feyzullayev Zaqatala Rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində çalışırdı.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm