Kriminal
Bakıda şadlıq evində 4 nəfərin bıçaqlanması ilə bağlı RƏSMİ MƏLUMAT
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu ötən gün Binəqədidə toyda baş vermiş insidentlə bağlı birgə açıqlama yayıb.
Bakı şəhər Prokurorluğundan Publika.az-a daxil olan açıqlamada deyilir:
“Avqustun 14-də saat 23:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi 4 saylı ünvanda yerləşən “Üzeyir” şadlıq sarayında qonaqlar arasında yaranmış mübahisə zamanı Seymur Hüseynov, Mahir İbrahimov, Telman Hüseynov və Elton Ağababayev kəsici alətlə yetirilməyə xarakterik müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 221.3-cü (xuliqanlıq, qərəzli hərəkətlər silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə cinayət işi başlanıb.
İş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İstintaq zamanı Elton Ağababayevin əsaslı səbəb olmadan bıçaqla Seymur və Telman Hüseynovlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia