Bakıda quldurluq: Qadınları aldadıb evə girdi – İKİSİNİ DƏ DÖYDÜ
Bizi izləyin

Kriminal

Bakıda quldurluq: Qadınları aldadıb evə girdi – İKİSİNİ DƏ DÖYDÜ

Bakıda quldurluq hadisəsi baş verib.

Publika.az xəbər verir ki, dünən Səbail rayonu ərazisindəki evlərdən birinə aldatma yolu ilə girmiş naməlum şəxs ev sahibəsini və qonağı olan daha bir qadını bıçaqla hədələyib pul vermələrini tələb edib. Həmin şəxs istədiyinə nail olmadığından onları döyüb hadisə yerini tərk edib.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Z.Əmirov saxlanılıb.

Tutulan şəxsin ətrafında araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm