Kriminal
Uşağını zəncirləyən ana ilə bağlı ŞOK FAKTLAR - VİDEO
Bakıda yaşayan Yevlax rayon sakini Şahanə İsmayılova, Nəsimi rayonu Cavadxan küçəsində kirayə qaldığı mənzildə övladının ayaqlarını zəncirlə bağlayaraq işə gedib.
9 yaşlı uşaq səhər saat 8-dən axşam 10-a qədər köməksiz vəziyyətdə qalıb. Qonşuların sözlərinə görə bu hal bir dəfə yox, bir neçə dəfə təkrarlanıb.
Şahid: “Döyürdülər, uşağın belində pol taxtası sındırırdılar”.
Şahid: “Zəncirlə bağlamışdı, burda oturub bizimlə danışırdı, neçə dəfə qaçıb”.
Şahidlər deyirlər ki, ayağından zəncirlənən azyaşlı, normal, psixoloji durumunda heç bir problem olmayan uşaqdır.
Faktla bağlı ARB TV-yə açıqlama verən Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev, azyaşlının fotosunun idarəyə ötən gün daxil olduğunu bildirib. Ona qarşı qeyri-insani rəftarla bağlı fakt nəzarətə götürülüb. Nəsimi Rayon Polis İdarəsinə müvafiq araşdırmaların aparılması ilə bağlı göstəriş verilib. Şahanə İmayılova isə məsuliyyətə cəlb olunub.
“Şahanə İmayılova oğlunun çətin tərbiyə olunan uşaq olduğunu bildirərək, yay tətilinə görə Yevlax rayonundan gətirərək yaşadığı ünvanda bu addımı atdığını etiraf edib. Araşdırma zamanı Nəsimi Rayon Polis idarəsinin İctimai təhülkəsizlik şöbəsi və 19-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə həmin zəncir aşkarlanaraq, protokol tərtib olunub”.
Bir neçə gün davam edən vəziyyətə ətrafdan müdaxilə də bu məqamda danışılacaq məsələdi.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK