Polis əməliyyat keçirdi - Çayın Xəzərə töküldüyü yerdə ələ keçdi - FOTO
Bizi izləyin

Kriminal

Polis əməliyyat keçirdi - Çayın Xəzərə töküldüyü yerdə ələ keçdi - FOTO

Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin alqı-satqısı və qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat zamanı əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq) maddəsi ilə məhkum olunmuş Lənkəran şəhər sakini Elman Abdullayev Sütəmirdov çayının Xəzər dənizinə tökülən hissəsində polislər tərəfindən tutulub. E.Abdullayevin Polis İdarəsində üzərində şəxsi axtarış aparılan zaman onun əlindəki sellofan torbadan ümumi çəkisi 4 kiloqram 260 qram olan yüksək təsiredici xassəyə malik narkotik vasitəsi tiryək aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitənin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün əldə etdiyini bildirib. Qeyd edək ki, E.Abdullayev tiryəki əldə edəndən sonra yaşadığı evə aparmayaraq dəniz kənarında gizlədib. O, narkotik vasitənin başqalarının əlinə keçməməsi üçün mütəmadi olaraq yerini dəyişdirirmiş. Sonuncu dəfə E.Abdullayev tiryəkin yerini dəyişdirən zaman su polisləri tərəfindən saxlanılaraq istintaqa təqdim edilib. Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm