Bakıda müştərilərdən taksi sürücüsünə qarşı CİNAYƏT - GECƏ SAAT 5-DƏ...
Bizi izləyin

Kriminal

Bakıda müştərilərdən taksi sürücüsünə qarşı CİNAYƏT - GECƏ SAAT 5-DƏ...

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhər sakini T.Qəhrəmanov Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Şöbəsinə müraciət edib.

O bildirib ki, avqustun 27-də saat 5 radələrində F.Rüstəmov küçəsində idarə etdiyi “KİA” markalı avtomobilə sərnişin qismində oturmuş 2 nəfər onu naməlum əşya ilə hədələyərək 278 manat pulunu alıblar.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Dərhal başlanmış əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ə.Qənbərov və C.Qənbərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm