• USD 1,7000 0,00% EUR 1,8748 -0,02%
    • GBP 2,1477 +0,20% RUB 0,0264 -0,38%

3 uşaq atası 5 yaşlı baldızına təcavüz etdi - Azərbaycanda ŞOK HADİSƏ

  • Kriminal
  • 30 Avqust 2019 13:46
  • 5 434 Baxış
3 uşaq atası 5 yaşlı baldızına təcavüz etdi - Azərbaycanda ŞOK HADİSƏ

Sumqayıt şəhərində 5 yaşlı qıza seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən Qobustan rayon sakini, 1981-ci il təvəllüdlü Dəyanət Comərdovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Dəyanət Comərdov Qobustan rayonunun Yekəxana kəndində anadan olub, amma paytaxtın Binəqədi rayonu 28 may qəsəbəsində qeydiyyatda olub. Fərdi əməklə məşğul olan Dəyanət Comərdov 3 azyaşlı uşaq atasıdır.

Baldızına təcavüz etdi

Dəyanət Comərdov Sumqayıt şəhəri, “Yaşıl Dərə” 1 yaşayış massivində ailəsi ilə birlikdə kirayədə yaşayıb. O, həmin ərazidə 2014-cü il təvəllüdlü Samirə Vəliyevaya (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) qarşı seksual xarakterli hərəkətlər edib.

Maraqlıdır ki, Dəyanət Cömərdovun təcavüz etdiyi azyaşlı qız onun öz baldızı olub. Onun arvadının ailəsi kirayə qaldığı evin qonşuluğunda yaşayıb.

Gecə yarısı seksual hərəkət

Belə ki, Dəyanət Comərdov 30 iyun 2018-ci il tarixdə, saat 23 radələrində orta dərəcəli sərxoş vəziyyətdə müvəqqəti kirayədə yaşadığı Sumqayıt şəhəri “Yaşıl Dərə” bağlar massivi ərazisində yerləşən fərdi evdə özünə qarşı edilən seksual hərəkətlərin mahiyyətini anlamaq qabiliyyətinə malik olmayan baldızı Samirə Vəliyevanın köməksiz vəziyyətindən istifadə edib.

O, Samirə Vəliyevaya qarşı zor tətbiq edib, onun əynindəki paltarlarını çıxarıb. Sonra özü də şalvarını soyunaraq, azyaşlıya qarşı seksual hərəkətlər edib.

“İkinci dəfə ailə qurdum”

İstintaq orqanı tərəfindən Dəyanət Comərdovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Dəyanət Comərdov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, əvvəllər başqa qadınla evli olub, həmin qadından 2 övladı olub: “Lakin 2015-ci ildə yetkinlik yaşına çatmayan Ləman Vəliyevanı qaçırdım, onunla qeyri-rəsmi ailə qurdum”.

“Onu oteldə tutmuşdum”

Dəyanət Comərdov qeyd edib ki, hətta yetkinlik yaşına çatmayan şəxsi qaçırdığına görə ona Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb, Abşeron rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli hökmü ilə ona şərti cəza təyin edilib: “Ləman ilə olduğum nigahdan oğlum olub. Lakin Ləman əxlaqsız həyat tərzi sürüb, hətta onu bir dəfə oteldə tutmuşdum. Hadisə günü ailəm ilə birlikdə qayınanam Kəmaləgildə oldum. Evə qayıtdıqda Ləman 4 yaşlı ögey bacısı Samirəni də bizə qonaq apardı”.

“Arvadım əxlaqsızlıq etmək üçün otelə getdi”

Təqsirləndirilən şəxs qeyd edib ki, axşam vaxtı olmasına baxmayaraq Ləman eyni həyətdə başqa bir otaqda kirayə yaşayan Sadiqin arvadı Zəminə ilə əxlaqsızlıq etmək üçün Sumqayıt yolunda olan “Türkan” otelinə gediblər: “Bu zaman 2 yaşlı oğlum Samir ilə Samirə evimizdə yatdılar. Ləmanın gəlmədiyini gördüm və onun atası İlham kişigilə getdim. Ləmanın hərəkətlərindən danışdım. İlham kişi ilə birlikdə yaşadığım evə qayıtdı. Evə qayıtdıqda polislər məni saxladılar, guya öz evimdə Samirəyə qarşı əxlaqsızlıq etmişəm. Bu böhtandır, böhtanı da mənə qarşı Zəminənin əri Sadiq edib ki, arvadının və Ləmanın əxlaqsız hərəkətlərini ört-basdır etsin. Ləmanın Sadiq ilə də yaxın münasibətləri olub. Bu səbəbə görə Sadiqlə mübahisəm olub”.

“Soka araq qatmışdı”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Samirə Vəliyeva bildirib ki, bir gün bacısı Ləman oğlu Samir və əri Dəyanətlə birlikdə onlara qonaq gəliblər: “Onlar getmək istədikdə mən də Ləmanı çox istədiyim üçün ağladım, onunla qonaq getmək istədim. Ləmangildə olduğum zaman Sadiq gəldi. Həmin vaxt Dəyanət mənim üstümə çıxmamışdı. Dəyanət mənə yemək, sok vermişdi. Sadiq isə gələrək soka araq qatmışdı. Ancaq mən içməmişdim. Dəyanət mənə heç nə etməyib, Sadiq isə mənim alt paltarımı çıxararaq üstümə çıxmışdı. Sadiqin üzü qaradır, üzündə xalı var. Bu zaman Ləman evdə yox idi. Həmin vaxt Dəyanətlə Sadiqin arasında dava olmamışdı. Polisdə qoxduğum üçün Dəyanətin üstümə çıxmasını demişəm”.

“Qızım Ləmanı çox istəyirdi”

Cinayət işi üzrə şahid qismində ifadə verən Kəmalə Vəliyeva bildirib ki, 2009-cu ildə İlham Vəliyev ilə qeyri-rəsmi olaraq ailə həyatı qurub, onun birinci həyat yoldaşı isə Şamama olub: “Onun Ağasəfərdən Samirə adlı qızı dünyaya gəldi. İlhamın Şamama ilə nigahlarından üç övladları dünyaya gəlib. Şamamanın qızı Ləman Dəyanət Comərdov tərəfindən yetkinlik yaşına çatmamış dövrdə qaçırılıb. Ləman Dəyanətlə ailə qurub və ailə həyatı qurduqdan sonra 2018-ci ilin iyun ayından Sumqayıt şəhəri “Yaşıl Dərə” qəsəbəsi ərazisində yaşayıblar. Dəyanətlə Ləmanın nikahından Samir adlı 2 yaşlı oğulları var. Mənim qızım Samirə Ləmanı çox istəyirdi. Ləman da ata evinə qonaq gəldikdə çox vaxt Samirəni öz evinə qonaq aparırdı”.

“Ləmanın onu döydürdüyünü bildirdi”

Kəmalə Vəliyevanın sözlərinə görə, sonuncu dəfə 30 iyun 2018-ci il tarixdə Ləman ailəsi ilə birlikdə atası evinə qonaq gəlib: “Evlərinə qayıtmaq istədikdə Samirə ağlayaraq Ləmangilə getmək istədiyini dedi. Mən də buna etiraz etmədim. Samirəni Ləman ilə buraxdım. İyulun 1-də, gecə saat təxminən 02 radələrində Dəyanət sərxoş vəziyyətdə bizə gəldi və İlhamı soruşdu. Həmin vaxt Dəyanətin üzündə xəsarət izi var idi. İlham ondan nə baş verdiyini soruşdu. O, Ləmanın iki nəfər yaxın münasibətdə olduğu şəxsi yaşadıqları evə göndərərək onu döydürdüyünü bildirdi. Bundan sonra ərim İlham Dəyanətlə onun yaşadığı evə getdi”.

“Mən bu təcavüzə inanmıram”

Kəmalə Vəliyeva qeyd edib ki, səhəri əri İlham digər arvadı Şamamaya zəng vurub, ondan Sumqayıt şəhərində yerləşən 1-ci polis bölməsinə gəlməsini bildirib: “Şamama Sumqayıt şəhərinə gəldi. Sonradan ərim İlham, Şamama, Ləman və qızım Samirə evə qayıtdılar. Evə gələndə Ləmanın yaşadığı evdə olmadığı müddətdə Dəyanətin azyaşlı qızımı soyunduraraq, onunla cinsi əlaqədə olmadan cinsi ehtirasını təmin edən zaman, onunla qonşuluqda yaşayan Sadiq və Sahib adlı şəxslərin bunu gördüyünü, nun yaşadığı evə girdiklərini və Dəyanətə xəsarət yetirdiklərini, Samirəni onun əlindən aldıqlarını öyrəndim, lakin mən buna inanmıram. Çünki polis bölməsindən verilmiş göndəriş əsasında Samirəni tibbi ekspertizadan keçirdik. Onda heç bir xəsarət aşkar edilmədi”.

11 il cəza

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Rasim Sadıxovun sədrlik etdiyi kollegiya təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Dəyanət Comərdov 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 2018-ci il 10 dekabrından hesablanması barədə hökm elan edilib.

Hökmdən narazı qalan Dəyanət Comərdov apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Sumqayıt Apelyasiya Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərar görə, şikayət təmin olunmayıb.

İlkin

Xəbər lenti

DAHA ÇOX XƏBƏR