Polis əməliyyat keçirdi – Azərbaycanda yeni narkoşəbəkə aşkarlandı
Bizi izləyin

Kriminal

Polis əməliyyat keçirdi – Azərbaycanda yeni narkoşəbəkə aşkarlandı

Astara rayon sakini A.Talıbov 100 qram heroini satarkən cinayət başında yaxalanıb.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Məscidməhəllə kənd sakini A.Talıbov 100 qram heroini satarkən cinayət başında yaxalanıb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 2 kiloqram 510 qram heroin, 200 ədəd metadon həbi, 1 kiloqramdan artıq marixuana, 1 kiloqramdan artıq metamfetamin, 1 ədəd beşbarmaq, 1 ədəd bıçaq, 46 ədəd patron başlığı və 1 ədəd giliz aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən onun narkotik vasitələri qaçaqmalçılıq yolu ilə İran vətəndaşından aldığı, satışdan əldə etdiyi pulları isə Astara şəhər sakinləri A.Şiriyev və T.Məlikov vasitəsilə ona çatdırdığı müəyyən edilib.

Təxirəsalınmaz tədbirlərlə qrupun üzvləri A.Şiriyev və T.Məlikov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm