Azərbaycandakı bu hadisə hər kəsi DƏHŞƏTƏ GƏTİRƏCƏK: ər hamamda arvadı ilə birlikdə...
Bizi izləyin

Kriminal

Azərbaycandakı bu hadisə hər kəsi DƏHŞƏTƏ GƏTİRƏCƏK: ər hamamda arvadı ilə birlikdə...

Bakıda qısqanclıq zəminində arvadını öldürməkdə təqsirli bilinən Quba rayon sakini Bəhruz Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) barəsində olan cinayət işi üzrə məhkəmə işi başa çatıb.

Publika.az xəbər verir ki, Bəhruz Babayev paytaxtın Nərimanov rayonunda arvadı Sevda Babayeva və bir azyaşlı övladı ilə kirayə yaşayıb. O, qaldığı evdə arvadını mütəmadi olaraq döyüb və digər zorakı hərəkətlər göstərib.

Arvadına işgəncə verdi

Bəhruz Babayev arvadını güclü fiziki ağrı və psixi iztirablar verib, həmçinin onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı xüsusi amansızlıqla döyüb.

Belə ki, Bəhruz Babayev 2017-ci ilin dekabrından Bakı şəhərinə köçüblər. Həmin vaxtdan başlayaraq müxtəlif bəhanələrlə arvadına işgəncə verib. Onun bu hərəkətləri dəfələrlə təkrarlanıb, hətta bir neçə dəfə arvadını azyaşlı övladının gözləri qarşısında da döyüb.

Arvadına qarşı hamamda zorakılıq

Bəhruz Babayev sonuncu dəfə 19 oktyabr 2018-ci il tarixdə, saat 19 radələrində kirayə yaşadığı evin hamamında arvadı ilə birlikdə çimib.

Bu zaman o, arvadının bədənində göyərti izi görməsini bəhanə edib, onu döyməyə başlayıb. Həmin vaxt Sevdanın yalvarmasına və imdad diləməsinə belə əhəmiyyət verməyib. O, arvadının üz nahiyəsinə əllə qüvvətli zərbə vurmaqla ona xəsarət yetirib.

Əxlaqsızlıq davası

Bundan başqa, Bəhruz Babayev arvadının başqa kişilərlə cinsi əlaqədə olaraq ona xəyanət etməsi və əxlaqsız həyat tərzi sürməsini bəhanə edib. O, arvadını öldürmək qərarına gəlib.

Bəhruz Babayev 20 oktyabr 2018-ci il tarixdə, gecə saat 03 radələrində birlikdə kirayədə yaşadıqları mənzilin dəhlizindəki yardımçı otaqdan götürdüyü çəkiclə arvadının baş nahiyəsindən çoxsaylı zərbələr yetirib.

Amansızlıqla öldürdü

Bəhruz Babayev arvadının vurduğu zərbələr nəticəsində ölməyərək xırıldamasını eşidib. Sonra o, evdə olan əl-üz dəsmalını götürüb və onun ağız-burun nahiyəsinə sıxaraq boğub.

Daha sonra Bəhruz Babayev yenə də arvadının xırıltı səsini eşidib. Bundan sonra o, evdən götürdüyü bıçaqla arvadının başını kəsib.

Ciddi rejim, 19 il cəza

İstintaq orqanı tərəfindən Bəhruz Babayevin barəsində 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 133.1-ci (Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddələri ilə ittiham elan edilib.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə hökm çıxaran zaman Bəhruz Babayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsini ittihamdan xaric edib. Digər maddələrlə təqsirli bilinən Bəhruz Babayevə 19 il cəza kəsilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Bəraət davası

Hökmdən narazı qalan Bəhruz Babayev apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Şikayətini belə əsaslanıdırıb ki, zərərçəkmiş şəxs öz əxlaqsız hərəkətləri ilə təqsirləndirilən şəxsi cinayəti törətməyə təhrik etdiyinə hüquqi qiymət verməyib.

Namus qətlinə bəraət yoxdur

Bəhruz Babayev qeyd edib ki, zərərçəkmiş şəxs özünün əxlaqsız hərəkətləri ilə onu cinayəti törətməyə təhrik edib. Cinayəti məcbur qalaraq törədəndən sonra hüquq-mühafizə orqanlarına könüllü təslim olmasını qeyd edib.

Bəhruz Babayevin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Vaqif Mursaqulovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, şikayət təmin olunmayıb.

İlkin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm