Polisdən açıqlama - Elton Əliyev saxlanılıb
Bizi izləyin

Kriminal

Polisdən açıqlama - Elton Əliyev saxlanılıb

Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan 3 nəfər avqust ayında ayrı-ayrı vaxtlarda naməlum şəxsin aldadaraq onlardan ümumilikdə 230 manat pul aldıqlarını bildiriblər.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, müraciətlərlə əlaqədar müvafiq araşdırmalar aparılıb, qısa müddətdə həmin şəxs müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvələr də analoji əmələ və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elton Əliyev 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm