• USD 1,7000 0,00% EUR 1,8907 +0,41%
    • GBP 2,1838 +0,22% RUB 0,0265 0,00%

DİN və Baş Prokurorluq dəhşətli qətllə bağlı MƏLUMAT YAYDI

  • Kriminal
  • 16 Sentyabr 2019 17:39
  • 970 Baxış
DİN və Baş Prokurorluq dəhşətli qətllə bağlı MƏLUMAT YAYDI

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri Lənkəranda törədilmiş qətllə bağlı birgə məlumat yayıb.

Publika.az-a daxil olan məlumatda bildirilir ki, Lənkəran rayonunun polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü “isti izlər”lə açılıb.

Belə ki, sentyabrın 14-də 1956-cı il təvəllüdlü Liman şəhər sakini Eyvaz Yusubovun yaşadığı evdə bədəni üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, şahidlər müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin tamah məqsədilə Lənkəran rayonu, Liman şəhər sakinləri-1969-cu il təvəllüdlü Vidadi Hüseynovun, tanışları 1987-ci il təvəllüdlü Vüsalə Mirzəyeva və 1988-ci il Emil Quliyev ilə birlikdə qabaqcadan razılığa gəlməklə törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində V.Hüseynov, V.Mirzəyeva və E.Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR