Axtarışda olan şəxslər saxta qızıl qoyub pul götürmək istədi – AZƏRBAYCANDA
Bizi izləyin

Kriminal

Axtarışda olan şəxslər saxta qızıl qoyub pul götürmək istədi – AZƏRBAYCANDA

Kredit təşkilatlarından birindən pul götürmək üçün saxta qızıl-zinəy əşyaları təqdim etmiş şəxslər tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 20-də Ağcabədi şəhəri ərazisindəki kredit təşkilatlarından birinə gəlmiş Ağdam rayon sakini E.Xəlilov və Gəncə şəhər sakini S.Əliyev qızıl-zinət əşyalarının müqabilində pul götürmək istədiklərini bildiriblər.

Onlar saxta qızıl əşyalarını təqdim edərək pul götürmək istəyərkən Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalarla S.Əliyevin Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm