Nazirlik Sumqayıtdakı qətllə bağlı məlumat yaydı
Bizi izləyin

Kriminal

Nazirlik Sumqayıtdakı qətllə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi sentyabrın 25-də saat 21 radələrində Sumqayıt şəhərində baş verən qətl hadisəsi ilə bağlı məlumat verib.

Publika.az nazirliyə istinadən xəbər verir ki, Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Eldarovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini Mətləb Qədirov tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm