Kriminal
Bakıda İNANILMAZ OLAY: məhkum oğurluğa getdi və iti hamama salıb... - FOTO
Bakıda qadın dəstə üzvləri ilə birlikdə qonşusunun evindən seyf oğurlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Səbail rayonu, Bayıl qəsəbəsində yaşayan F.Musayev Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə müraciət edərək yaşadığı evdən içərisində 1800 ABŞ dollar olan seyfin naməlum şəraitdə oğurlandığını bildirib.
Səbail Rayon Polis İdarəsinin (RPİ) Cinayət axtarış şöbəsi və 8-ci polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Kənan Nəcəfov, Ceyhun Cəbiyev və Səbinə Atakişiyeva saxlanılıblar.
Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvü olan S.Atakişiyeva zərərçəkmiş şəxslə qonşudur. O, həmin mənzilin açarlarını ələ keçirəndən sonra digər dəstə üzvləri ilə birgə oğurluq edib. Əvvəlcə mənzilin qapısını açan S.Atakişiyeav evdə olan iti səs-küy salmaması üçün hamam otağına salıb. Daha sonra digərləri mənzili axtarmağa başlayıblar.
Dəstə üzvləri seyfi ələ keçirəndən sonra S.Atakişiyevanın evində açaraq pulu aralarında bölüblər. C.Cəbiyev isə sındırılan seyfi Hökməli qəsəbəsinə apararaq izi itirmək məqsədi ilə orada qazaraq basdırıb. Qeyd edək ki, həmin seyf polislər tərəfindən basdırıldığı yerdən çıxarılaraq maddi sübut kimi götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvü olan K.Nəcəfov əvvəllər də cinayət törətdiyinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə şərti məhkum edilib və o, hazırda probasiya nəzarətində cəzasını çəkir. Ayağında probasiya xidmətinin bilərziyini daşıyan K.Nəcəfov buna baxmayaraq, yenidən oğurluq edib.
Faktla bağlı Səbail RPİ-nin İstintaq şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO