Azərbaycanda asayişi pozan şəxsdən ŞOK ƏMƏL - BIÇAQLA POLİS MAYORUNU...
Bizi izləyin

Kriminal

Azərbaycanda asayişi pozan şəxsdən ŞOK ƏMƏL - BIÇAQLA POLİS MAYORUNU...

Mingəçevirdə polis bıçaqlanıb.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 2-də saat 19 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı, polis mayoru R.Məmmədov 20 Yanvar küçəsində ictimai qaydanı pozan 2 nəfərə yaxınlaşıb və onları intizama dəvət edib.

Onlardan biri tabeçilik göstərməyib, R.Məmmədova bıçaqla yüngül xəsarət yetirib hadisə yerini tərk ediblər.

R.Məmmədova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşına xəsarət yetirməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş X.Sadıqov və onunla birgə olan həmyerlisi N.İsmayılov saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə cinayət işi başlanmışdır.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm