Arvadını sevgilisi ilə tutdu və... - Azərbaycanda hər kəsi ŞOKA SALACAQ OLAY
Bizi izləyin

Kriminal

Arvadını sevgilisi ilə tutdu və... - Azərbaycanda hər kəsi ŞOKA SALACAQ OLAY

Beyləqan rayonunda qısqanclıq zəminində cinayət törətməkdə ittiham olunan 1989-cu il təvəllüdlü Rəfi Zeyniyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Bakı şəhər sakini Rəfi Zeyniyev Beyləqan rayonun 2-ci Şahsevən kəndində ailəsi ilə birlikdə yaşayıb. O, həmin kənddə arvadı ilə sevgi münasibində olan 1984-cü il təvəllüdlü həmkəndlisi Əlizamin Xudaverdiyevə 18 bıçaq zərbəsi vuraraq onu öldürmək istəyib.

Arvadının başqası ilə gəzdiyini eşitdi

Belə ki, Rəfi Zeyniyev həmin kəndində yaşadığı arvadının həmkəndlisi Əlizamin Xuadverdiyevlə mütamadi olaraq görüşüb, onların sevgi münasibətlərində olduğunu bilib. Rəfi Zeyniyev Əlizamin Xudaverdiyevi qısqanclıq zəminində öldürmək qərarına gəlib.

Bu məqsədlə Rəfi Zeyniyev 2017-ci ilin sentyabrında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi ov tipli bıçağı evlərinin həyətindəki tövlədə gizlədib.

Daha sonra Rəfi Zeyniyev Əlizamin Xudaverdiyev ilə telefon əlaqəsi saxlayıb. O, həmkəndlisi ilə görüşmək istəyini, söhbəti olduğunu ona söyləyib. Əlizamin Xudaverdiyev də onun görüşmək istəyinə müsbət cavab verib. Bundan sonra onlar görüş yeri müəyyən ediblər.

Arvadının sevgilisini görüşə çağırdı

Sentyabrın 27-də, saat 19 radələrində Rəfi Zeyniyev öz niyyətini həyata keçirmək məqsədilə bıçağı gizlətdiyi yerdən götürüb və evlərinin yaxınlığında yerləşən ərzaq mağazasının yaxınlığında, əvvəlcədən razılaşdığı yerdə Əlizamin Xudaverdiyevlə görüşə gəlib.

Görüş yerində Rəfi Zeyniyev özündə olan bıçaqla Əlizamin Xudaverdiyevin bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vurub.

Bıçaqlı dava

Bu zaman hadisə yerinə gəlmiş həmkəndliləri Elşən Məmmədov onların davasına müdaxilə edib. Elşən Məmmədov Əlizamin Xudaverdiyevi bıçaqla silahlanmış Rəfi Zeyniyevin əlindən alıb.

Daha sonra Elşən Məmmədov Əlizamin Xudaverdiyevi xəstəxanaya çatdırıb. Vaxtında ixtisaslı tibbi yardım göstərildiyi üçün Əlizamin Xudaverdiyevin həyatını xilas etmək mümkün olub.

İki maddəli cinayət işi

İstintaq orqanı tərəfindən Rəfi Zeyniyevin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

8 il həbs, ciddi rejim

Bu cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hakim Xamməd Nuriyevin sədrliyilə baş tutan prosesdə cinayət işi araşdırılıb, sonda hökm elan edilib.

Məhkəmənin hökmü ilə Rəfi Zeyniyevin törətmiş olduğu cinayət əməli tam sübuta yetirilib. O, 8 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə hökm verilib.

Epilepsiya xəstəsi cəzadan azad olunmasını istədi

Hökmdən narazı qalan Rəfi Zeyniyev apelyasiya şikayəti verib. O, qeyd edib ki, birinci instansiya məhkəməsində himayəsində 2 azyaşlı övladının olması, ailə vəziyyəti, epilepsiya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmayıb.

Rəfi Zeyniyev bildirib ki, hadisə nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi və mənəvi zərər ödənilib. Əməlindən səmimi peşman olduğunu söyləyən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını da vurğulayıb. O, qeyd olunanları nəzərə alaraq barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

Apelyasiya və kasasiya şikayəti təmin edilmədi

Rəfi Zeyniyevin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Etibar Camalovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda şikayət təmin olunmayıb.

Bu qərardan narazı qalan Rəfi Zeyniyev kasasiya şikayəti verib. Kasasiya şikayəti baxılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan iclasda kasasiya şikayəti araşdırılıb, sonda qərar elan edilib. Qərara görə, kasasiya şikayəti təmin edilməyib.

İlkin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm