Bakıda mobil telefon oğruları tutuldu
Bizi izləyin

Kriminal

Bakıda mobil telefon oğruları tutuldu

Daxili işlər orqanlarının əməkdaşları oğurluqla məşğul olan şəxslərin tutulması istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü və 36-cı polis bölmələrinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonda beş avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri M.Məmmədov və R.Tağıyev saxlanılıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm