Bakıda dərsə gedən 18 yaşlı tələbə qız yoxa çıxdı
Bizi izləyin

Kriminal

Bakıda dərsə gedən 18 yaşlı tələbə qız yoxa çıxdı

Bakıda 18 yaşlı gənc itkin düşüb.

Hadisə oktyabrın 7-də paytaxtın Nərimanov rayon ərazisində baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Fatimə Kəlbəliyeva saat 12:30 radələrində yaşadığı Nərimanov rayonu, Nərimanov küçəsi 11 ünvanından çıxaraq Bakı Biznes və Kooperasiya kollecinə gedib. Daha sonra o, bir müddət orada qalıb və kolleci tərk edərək evə qayıtmayıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi tərəfindən araşdırma aparılır.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm