Bakıda qadın sürdüyü avtomobillə süpürgəçini vurub öldürdü
Bizi izləyin

Kriminal

Bakıda qadın sürdüyü avtomobillə süpürgəçini vurub öldürdü

Daxili İşlər Nazirliyi Bakıda süpürgəçinin öldüyü hadisə ilə bağlı məlumat yayıb.

Publika.az xəbər verir ki, oktyabrın 10-da saat 9 radələrində Sabunçu rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini L.Qafarova idarə etdiyi “Chevrolet” markalı avtomobillə paytaxt sakini Gülbacı Mirzəyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş G.Mirzəyeva orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qadın sürücünün maşınla vurub öldürdüyü G.Mirzəyeva Mənzil Kommunal Təsərrüfat Birliyinin işçisi – süpürgəçi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm