Azərbaycanda dəhşətli hadisə - Gecə işdən çıxan xadiməni vurub öldürdülər
Bizi izləyin

Kriminal

Azərbaycanda dəhşətli hadisə - Gecə işdən çıxan xadiməni vurub öldürdülər

Ötən gün axşam saatlarında işlədiyi yanacaq doldurma məntəqəsindən çıxıb yolu keçmək istəyən xadimə qadını maşın vuraraq öldürüb.

Belə ki, VAZ-21011 markalı avtomaşının sürücüsü 63 yaşlı Sabirabad rayon sakini Zemfira Qurban qızı Abışovanı vurduqdan sonra hadisə yerindən qaçıb.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hazırda Sabirabad polisi tərəfindən hadisə yerindən qaçan sürücünün tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.(virtualaz.org)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm