Abşeron rayonunda çoxsaylı cinayət əməlləri törədənlər tutuldu
Bizi izləyin

Kriminal

Abşeron rayonunda çoxsaylı cinayət əməlləri törədənlər tutuldu

Oğurluq etdiklərinə görə tutulmuş şəxslərin digər cinayətlərinin də üstü açılıb.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oğurluq etdiklərinə görə tutulmuş E.Həsənovun və C.Ağayevin ətraflarında Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların rayon ərazisindəki 7 evdən pul, qızıl, inşaat materialları və məişət əşyaları oğurlamaları müəyyən edilib.

Bundan başqa soyğunçuluq etdiyinə görə tutulmuş E.Həşimovun ətrafında Abşeron RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari il iyulun 14-də bir qadına zor tətbiq edib qızıl sırğasını alması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm